• Ballı kremli bananlı kekslər resepti

Reseptin məlumatları Baxış sayı: 15 435

Tarix : 19-07-2016, 12:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
240 qram un
150 qram şəkər
1 çay q. qabartma tozu
Bir çimdik duz
120 qram kərə yağı
4 yumşaq banan
2 yumurta
1 çay q. vanil

Qlazur üçün:
100 qram kərə yağı
200 qram şəkər tozu
1 xörək q. bal
1/8 çay q. üyüdülmüş darçın

Hazırlanması:
Bir qabda unu qabartma tozu ilə qarışdırıb üstünə şəkər, duz əlavə edin.
Kərə yağı ilə yumurtanı başqa qabda çalın.
Bananları qabıqdan təmizləyib pure halına gələnə qədər çəngəl ilə əzin və yağla yumurta qarışığına əlavə edin.
Bu qarışığı una qatıb qarışdırın.
Keks qablarını yağlayın və xəmiri qablara bölüşdürün.
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 20-25 dəqiqə bişirin.
Qlazur hazırlamaq üçün lazım olan ərzaqları mikser ilə çalın və soyumuş kekslərin üstünə qaşıq ilə tökün.
Üzərinə banan dilimləri qoya bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, qabartma, üstünə, banan, yumurta, çalın, Qlazur, əlavə, qabda, dərəcəli, sobada, dəqiqə, Əvvəlcədən, qablarını, qarışdırın, yağlayın, xəmiri, bölüşdürün, qablara, isidilmiş
BİZİ İZLƏYİN