• Ərik piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 17 345

Tarix : 21-07-2016, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 fincan turş qatıq
2 fincan un
4 yumurta
0.5 fincan bitki yağı
1 fincan şəkər tozu
1 ç.q. vanil cövhəri
1 ç.q. qabartma tozu
1 çimdik duz
10 yetişmiş ərik
fincan = 240 ml
(24 sm dm-li forma, yaxud 4 kiçik forma)

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın.

Yumurta, qatıq, yağ, şəkər tozu və vanil cövhərini qarışdırın.

Ayrı qabda unu duz və qabartma tozu ilə qarışdırın. Sonra yumurta qarışığına əlavə edin. Eynicinsli kütlə alınanadək qarışdırın.

Xəmiri yağlanmış formaya (yaxud kiçik formalara) tökün. Ərikləri iki bölüb xəmirin üzərinə düzün, əlinizlə azca basın. Üzərinə şəkər tozu səpib sobada 45 dəqiqə bişirin.

Bişib-bişmədiyini kibrit, yaxud diş çöpüylə yoxlayın.

Şəbəkənin üzərində soyudun. Süfrəyə yoqurt, dondurma, yaxud çalınmış qaymaq və giləmeyvə ilə verə bilərsiniz.

Ərik piroqu resepti

Nuş olsun!
Etiketlər: fincan, yaxud, şəkər, qarışdırın, yumurta, qatıq, qabartma, kiçik, vanil, forma, səpib, Üzərinə, sobada, dəqiqə, bişirin, olsun, basın, əlinizlə, bölüb, Ərikləri
BİZİ İZLƏYİN