• Brauni resepti

Reseptin məlumatları Baxış sayı: 22 500

Tarix : 9-07-2014, 16:38

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Şokolad (%70 kakao) – 260 qr
Kərə yağı – 125 qr
Şəkər tozu – 1 stk.
Yumurta – 4 ədəd
Vanil tozu – 1 ç/q
Un – 130 qr
Püstə - 1/4 stk.
Duz - 1/2 ç/q

Hazırlanması:
Sobanı əvvəlcədən 180 dərəcədə isidin. 20 sm-lik dördkünc qəlibi yağlayıb, kənarlarından 5 sm hündürlüyündə kənarə çıxacaq şəkildə perqament kağızı sərin. Kərə yağı ilə şokoladları benmari üsulu (isti su dolu bir başqa qabın üzərinə oturdularaq) əridin. Otaq temperaturunda bir az gözlətdikdən sonra şəkər tozu əlavə edin və çırpın. Tək-tək yumurtaları əlavə edərək, alınan qarışımı çırpmağa davam edin. Daha sonra vanili də əlavə edin. Un və duzu çox qarışdırmamağa diqqət göstərərək bu qarışıma tökün. Hazır olan qarışımı qəlibə töküb, üzərini hamarlaşdırın. Əvvəlcədən qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Hazır olan keksi sobadan götürüb, otaq istiliyinə gəlməsini gözləyin. Bu arada südlü şokoladları benmari üsulu əridin və 5-10 dəqiqə gözlədin. İlıq şokoladı brauninin üzərinə tökün və ardından fıstıqları da səpib, soyuducuda üzərindəki şokalad bərkiyənəcən saxlayın. Süfrəyə soyuq halda verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, əridin, üzərinə, şokoladları, üsulu, qarışımı, tökün, Hazır, benmari, sonra, sobadan, keksi, bişirin, qızdırılmış, töküb, qəlibə, üzərini, hamarlaşdırın, qarışıma
BİZİ İZLƏYİN