• Ananas konservi ilə piroq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 237

Tarix : 29-10-2016, 14:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
xəmir:
2 yumurta
3 x.q. şəkər tozu
100 q kərə yağı
125 q içməli yoqurt
4 x.q. un
1,5 ç.q. qabartma tozu
1 limonun sedrası

əlavə:
50 q kərə yağı
2 x.q. şəkər tozu
1 qaşıq limon şirəsi (karamel üçün)
ananas konservi

Hazırlanması:
Yumurtaları şəkər tozu ilə çalın. Yumşaldılmış yağ qatıb bir daha çalın. Yoqurt və limon sedrasını əlavə edib çalın. Qabartma tozu lə qarışdırılmış un əlavə edin.

Karamel: tavada kərə yağı, şəkər tozu və limon şirəsini əridin. Kütlə tam əriyib eynicinsli olana və karamel rəngi alanadək qızdırın.

Karameli formanın dibinə tökün. Kənarlarını isə yağlayın. Ananas dilimlərini içinə düzün.

Xəmiri üzərinə töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpüylə yoxlayın.

Sobadan çıxarıb 2 dəqiqə saxlayın. Sonra isə qaba tərs çevirin (2 dəqiqədən çox saxlasanız, karamel soyuyaraq qabın divarlarına yapışacaq və piroqu çıxarmaq istəyərkən onu parçalayıb xarab edəcək).

Ananas konservi ilə piroq resepti - FOTO RESEPT

Nuş olsun!
BİZİ İZLƏYİN