• Kubik piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 513

Tarix : 25-07-2016, 09:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q un
100 ml qatıq
160 ml süd (150 ml - xəmirə, 10 ml üzərinə)
1 yumurta
1 yumurtanın sarısı (üzərinə)
130 q kərə yağı (xəmirə 50 q, arasına 80 q)
80 q şəkər tozu
1 ç.q. duz
1,5 ç.q. quru maya
2 x.q. küncüt (yaxud kətan, küncüt və günəbaxan tumu qarışığı)
1 ç.q. bitki yağı (formanı yağlamaq üçün)

Hazırlanması:
Əgər şirin piroq hazırlamayacaqsınızsa? göstərilən şəkər miqdarını azaldın (1-1,5 x.q.).

Xəmiryoğuranın qabına isti südlə qatığı, ələnmiş unu, quru mayanı, yumurta, yumşaldılmış yağ, duz, şəkər tozunu qoyub "xəmir" rejimini qoşun. Xəmiryoğuranınız yoxdursa, adi qaydada göstərilən ərzaqdan xəmir yoğurun. Xəmiri isti yerdə həcmi 2-3 dəfə artanadək saxlayın.

Gəlmiş xəmiri 6 bərabər hissəyə bölün. Bir kündəni 4-5 mm qalınlıqda yumru yayın. Üzərinə yumşaldılmış kərə yağı çəkin. İkinci kündəni yayıb birincinin üzərinə qoyun. Onun da üzərinə yumşaldılmış yağ çəkin. Bu qayda ilə bütün kündələri yayıb arasına yağ çəkməklə üst-üstə düzün. Sonuncu yaydığınız xəmirin üzərinə yağ çəkməyin. Üzərinə qida plyonkası çəkib təxminən 15 dəqiqə saxlayın.

Xəmiri 1 sm qalınlıqda yayın. 1 sm enində şəridlərə doğrayın. Sonra bu şəridləri kubiklərə doğrayın.

Dairəvi formanı (d=25 sm) bitki yağı ilə yağlayın. Xəmir kubiklərini içinə düzün (Əyri-üyrü alınanları yanları və dibinə, daha qəşənglərini, hamar kənarlıları üzərinə düzün).

Formanın üzərinə plyonka çəkib piroqun iki dəfə şişməsini gözləyin.

Yumurta sarısını südlə çalın. Səliqəylə piroqun üzərinə çəkin (basmamaq şərtilə). Üzərinə küncüt səpin. 200 dərəcə qızdırılmış sobada 25-28 dəqiqə bişirin.

Kubik piroqu resepti - FOTO RESEPT

Kubik piroqu resepti - FOTO RESEPT

Kubik piroqu resepti - FOTO RESEPT

Kubik piroqu resepti - FOTO RESEPT

Kubik piroqu resepti - FOTO RESEPT

Kubik piroqu resepti - FOTO RESEPT

Kubik piroqu resepti - FOTO RESEPT

Kubik piroqu resepti - FOTO RESEPT

Kubik piroqu resepti - FOTO RESEPT

Kubik piroqu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üzərinə, düzün, şəkər, çəkin, yumşaldılmış, Üzərinə, küncüt, saxlayın, Xəmiri, südlə, xəmir, kündəni, yayıb, doğrayın, piroqun, dəqiqə, çəkib, göstərilən, qalınlıqda, yayın
BİZİ İZLƏYİN