• Meqaşokoladlı ikirəngli keks resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 744

Tarix : 27-07-2016, 20:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
şokoladlı xəmir:
70 q un
100 q kərə yağı
100 q şəkər tozu
2 yumurta
0,5 ç.q. qabartma tozu
280 q tünd şokolad

bəyaz xəmir:
120 q un
120 q kərə yağı
100 q şəkər tozu
2 yumurta
0,5 ç.q. qabartma tozu
50 ml süd

əlavə:
0,5 ç.q. bitki yağı

Hazırlanması:
Tünd şokoladı su hamamında əridin. Otaq temperaturunda olan kərə yağı və şəkər tozunu əlavə edib mikserlə çalın. Çalmağı dayandırmadan yumurtaları bir-bir əlavə edin. Qabartma tozu ilə birlikdə ələnmiş un da əlavə edib bir qədər də çalın (eynicinsli kütlə alınanadək).

Keks üçün düzbucaqlı formanı (24x9,5 sm) bitki yağı ilə yağlayın. Şokoladlı xəmiri içinə qoyub hamarlayın. 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Bu müddətdə bəyaz xəmiri hazırlayın. Şəkər tozu və otaq temperaturunda olan kərə yağını mikserlə çalın. Çalmağı dayandırmadan yumurtaları bir-bir əlavə edin. Qabartma tozu ilə birlikdə ələnmiş un, süd qatıb eynicinsli kütlə alınanadək çalın. Formanı sobadan çıxarıb bəyaz xəmiri şokoladlı biskvitin üzərinə töküb hamarlayın.

160 dərəcə qızdırılmış sobada təxminən 50 dəqiqə bişirin (bu müddət sobanın keyfiyyətlərindən asılıdır). Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.

Keksi soyutduqdan sonra süfrəyə verin.

Meqaşokoladlı ikirəngli keks resepti - FOTO RESEPT

Meqaşokoladlı ikirəngli keks resepti - FOTO RESEPT

Meqaşokoladlı ikirəngli keks resepti - FOTO RESEPT

Meqaşokoladlı ikirəngli keks resepti - FOTO RESEPT

Meqaşokoladlı ikirəngli keks resepti - FOTO RESEPT

Meqaşokoladlı ikirəngli keks resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, çalın, şəkər, xəmiri, bəyaz, eynicinsli, kütlə, ələnmiş, Qabartma, birlikdə, alınanadək, sobada, şokoladlı, dərəcə, qızdırılmış, yumurtaları, dəqiqə, bişirin, Çalmağı, temperaturunda
BİZİ İZLƏYİN