• Süd dilimləri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 272

Tarix : 28-07-2016, 20:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
4 yumurta
100 ml bitki yağı
80 q şəkər tozu
80 q un
20 ml süd
2 x.q. kakao tozu
1 ç.q. qabartma tozu

sufle:
200 ml qatılaşdırılmış süd
200 ml 20%-li xama
100 ml süd
50 q şəkər tozu
20 q jelatin - 20 q
1 paket vanilli şəkər tozu

qlazur:
şokolad

Hazırlanması:
Unu ələyib kakao və qabartma tozu ilə qarışdırın. Yumurta sarılarını ağlarından ayırın. Yumurta ağlarını mikserlə möhkəm çalın.
Yumurta sarılarını şəkər tozu ilə çalın, sonra süd və bitki yağını əlavə edin. Eynicinsli kütlə alınanadək çalın. Bunu un qarışığına əlavə edin. Qaşıqla eynicinsli kütlə alınanadək qarışdırın. Sonra çalınmış yumurta ağlarını əlavə edin. Səliqəylə qarışdırın. Xəmir duru alınacaq.
Formanı kərə yağı ilə yağlayın. Xəmiri içinə töküb əvvəlcədən 180-200 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin (bişib-bişmədiyini kibrit çöpüylə yoxlayın).

Sufle: Jelatinin üzərinə soyuq süd töküb şişməsi üçün 10-15 dəqiqə saxlayın. Şişdikdən sonra ocağın üstünə qoyub tam əriyənədək qızdırın, amma qaynatmayın. Blenderdə qatılaşdırılmış süd, vanilli və adi şəkər tozu, xama və ərimiş jelatini eynicinsli kütlə alınanadək çalın.
Bişmiş korju soyudub ortadan iki yerə bölün.

Süd dilimlərini elə korjların bişdiyi formada hazırlayın. Dibinə korjun birini qoyun, sufleni üzərinə yayın, digər korju qoyub azca basın. Üzərinə qida plyonkası çəkib bir gecə soyuducuda saxlayın.
Donduqdan sonra bıçaqla formanın kənarlarından ayırın, sonra qaba tərs çevirin, iti bıçaqla dilimlərə doğrayın.
Qlazur: şokoladı su hamamında əridin, dilimlərin üzərinə çəkin, qurumasını gözləyin.

Süd dilimləri resepti - FOTO RESEPT

Süd dilimləri resepti - FOTO RESEPT

Süd dilimləri resepti - FOTO RESEPT

Süd dilimləri resepti - FOTO RESEPT

Süd dilimləri resepti - FOTO RESEPT

Süd dilimləri resepti - FOTO RESEPT

Süd dilimləri resepti - FOTO RESEPT

Süd dilimləri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, çalın, sonra, əlavə, alınanadək, qarışdırın, Yumurta, kütlə, üzərinə, ağlarını, eynicinsli, saxlayın, qoyub, korju, dəqiqə, töküb, ayırın, bıçaqla, qabartma, kakao
BİZİ İZLƏYİN