• Narşərabla armudlu piroq resepti

Reseptin məlumatları Baxış sayı: 12 852

Tarix : 26-10-2016, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 x.q. portağal şirəsi
1/4 st. narşərab
1 st. şəkər tozu
2 x.q. kərə yağı
4-5 ədəd iri armud (Bosc tipli, təxminən 750 q)
1 st. azca qovrulmuş qoz
1,5 st. un
1,5 ç.q. qabartma tozu
0,5 ç.q. soda
0,5 ç.q. duz
1/4 ç.q. üyüdülmüş hil
4 yumurta
1 ç.q. sürtgəcdən keçirilmiş portağal sedrası
1 st. zeytun yağı

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın. 25 sm diametri və ən azı 5 sm hündürlüyü olan formanı yağlayın, perqament döşəyin (dördbucaqlı şörək forması da götürmək olar).

Armudları yuyub soyun, uzunasına iki bölüb cecəyini çıxarın.

İri tavada portağal şirəsi, narşərab, 1/4 st. şəkər tozu, kərə yağını qarışdırın, ocağa qoyub orta itilikli odda qarışdıraraq 4 dəqiqə bişirin. Şəkər tozu bu müddətdə əriməli, şərbət bir az qatılaşmalıdır. Armudları kəsiyi yuxarı olmaqla içinə düzüb 3 dəqiqə bişirin. Azca soyudun, sonra armudları kəsiyi aşağı olmaqla formaya düzün.

İçində şərbət olan tavanı yenidən ocağın üstə qoyun, orta itilikli odda daha 5 dəqiqə, qatılaşınca bişirin. Şərbəti armudun üzərinə gəzdirib dondurucuya qoyun (amma donmasın).

Bu müddətdə xəmiri hazırlayın.

Qozu kombaynda unla birlikdə üyüdün. Qabartma tozu, soda, duz və hil əlavə edin. Mikserin orta sürətində yumurta, sedra və şəkər tozunun qalanını (3/4 st.) 5 dəqiqə çalın. Quru qarışığı iki dəfəyə əlavə edin. Sonra tədricən zeytun yağını əlavə edin. Qarışığı formadakı armudların üzərinə töküb qaşıqla hamarlayın.

50-60 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın. Şəbəkənin üzərində elə formanın içində 20 dəqiqə soyudun. Sonra iti bıçaqla kənarlarını formadan ayırın, boşqaba tərs çevirin. Perqamenti çıxarıb tam soyudun.

Süfrəyə verərkən üzərinə bir qədər narşərab gəzdirə bilərsiniz. Həmçinin süfrəyə krem-freş, xama və çalınmış qaymaqla verə bilərsiniz.

Belə dadlı hazırlanmış yeməkdən sonra çoxlu çirkli yuyulmalı qab qalacaq. Narahat olmayın, Fairy ilə ən yağlı qabların öhtəsindən belə rahatlıqla gələ biləcəksiniz. – Dadlı.az tövsiyə edir!

http://keyfiyyetserfelidir.az/#promo2

Nuş olsun!
Etiketlər: dəqiqə, bişirin, soyudun, portağal, əlavə, narşərab, üzərinə, şəkər, olmaqla, kəsiyi, müddətdə, şərbət, Armudları, şirəsi, zeytun, yumurta, qoyun, bilərsiniz, itilikli, Sonra
BİZİ İZLƏYİN