• Krem pendirli qaymaqlı köklü keks resepti

Reseptin məlumatları Baxış sayı: 13526

Tarix : 31.07.2016, 14:00

Bölmə : Şirniyyatlar » Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
300 qram rəndələnmiş kök,
400 qram şəkər tozu,
100 qram qoz,
300 qram un,
4 ədəd yumurta,
300 qram duru yağ.
2 çay qaşığı soda,
1 çay qaşığı duz,
2,5 çay qaşığı darçın,
1/4 çay q aşığı zəncəfil,
1 çay qaşığı vanilin,

Kremi üçün:
150 qram kərə yağı (otaq temperaturunda),
250 qram pendir,
400 qram şəkər pudrası,
1/2 çay qaşığı duz,
1,5 çay qaşığı vanilin

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın.
Qəlibi yaxşıca yağlayın.
Qarışdırma qabına un, soda və duzu qoyun.
Homogen olana qədər qarışdırın.
Başqa bir dərin qaba maye yağı, şəkər, duz, yumurta və ədviyyatları qoyun və yaxşı-yaxşı çırpın.
Unlu qarışımı yumurtalı qarışıma əlavə edin.Qarışana qədər çırpın.
Ən son da kökü və qozu qataraq qəlibə tökün.
40 – 45 dəqiqə bişirin, kürdan ilə deşərək bişməyini yoxlayın.
Keks biştikdən sonra 15 dəqiqə qəlibdə dincə qoyun.
Daha sonra ızqara tel üzərinə alın və tamamən soyuyana qədər gözləyin.
Kərə yağı və krem pendiri krema kimi olana qədər çırpın.
Vanilin və duzu əlavə edib sonra yavaş-yavaş pudra şəkərini də əlavə edib çırpın.
Kremanı hazırladıqdan sonra soyuducuya qoyun.
Keksi eninə iki eyni parçaya ayırın.
Alt parçanın üzərine bolca krema qoyun, diğərini üzərinə qapadın.
Qalan krema ilə bütün keksin hər tərəfini qaplayın, arzunuza görə bəzəyin.

Nuş olsun!


Etiketlər: qaşığı, qoyun, çırpın, sonra, qədər, əlavə, krema, şəkər, yavaş, olana, yaxşı, dəqiqə, yumurta, üzərinə, vanilin, şəkərini, pudra, Vanilin, tamamən, qəlibdə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN