• Kəsmikli mannı zapekankası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 455

Tarix : 30-07-2016, 21:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
0,5 st. mannı
1 st. qatıq (1%-li)
6 yumurta
1 x.q. təzə sıxılmış limon şirəsi
0,5 st. şəkər tozu
500 q kəsmik
1,5 x.q. qabartma tozu
2 ç.q. vanilli şəkər tozu
1 çimdik duz

Hazırlanması:
formanı yağlamaq üçün azca kərə yağı və un

23 sm diametrli forma

Sobanı 180 dərəcə qızdırın.

Mannının üzərinə qatıq töküb şişməsi üçün bir kənara qoyun.

Formanın içinə perqament döşəyin. Kənarlarına yağ çəkin, un səpin. Kənarlarına perqament də çəkə bilərsiniz.

Yumurta ağlarını sarılarından ayırın. Yumurta ağlarını möhkəm çalın. Çaldığınız müddətdə iri köpüklər əmələ gələn zaman şəkər tozunun bir hissəsini və limon şirəsini əlavə edin, çalmağa davam edin. Çalınmış yumurta ağlarını soyuducuya qoyun.

Kəsmik, 5 yumurtanın sarısı, şəkər tozunun qalanı, vanilli şəkər tozu, duz, qabartma tozunu qarışdırıb mikserlə çalın. Qatıqda şişmiş mannını qatıb bir daha çalın.

Çalınmış yumurta ağlarını soyuducudan çıxarıb 3 dəfəyə xəmirə əlavə edin, qaşıqla altdan yuxarı olmaqla qarışdırın ki, həcmi azalmasın.

Xəmiri formaya töküb əvvəlcədən qızdırılmış sobaya qoyun. 50-55 dəqiqə bişirin. Sobaya qoyandan 45 dəqiqə sonra bişib-bişmədiyini kibrit çöpüylə yoxlayın.

Zapekankanı bir qədər soyudub sonra formadan çıxarın.

Kəsmikli mannı zapekankası resepti - FOTO RESEPT

Kəsmikli mannı zapekankası resepti - FOTO RESEPT

Kəsmikli mannı zapekankası resepti - FOTO RESEPT

Kəsmikli mannı zapekankası resepti - FOTO RESEPT

Kəsmikli mannı zapekankası resepti - FOTO RESEPT

Kəsmikli mannı zapekankası resepti - FOTO RESEPT

Kəsmikli mannı zapekankası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, ağlarını, qoyun, yumurta, çalın, perqament, əlavə, tozunun, dəqiqə, töküb, Kənarlarına, sonra, Çalınmış, Yumurta, qabartma, qatıq, limon, vanilli, xəmirə, olmaqla
BİZİ İZLƏYİN