• Misir fətiri resepti

Reseptin məlumatları Baxış sayı: 14225

Tarix : 1.08.2016, 09:00

Bölmə : Şirniyyatlar » Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
1 st. süd
1 yumurta
2,5-3 st. un
250 q yağ
duz
0,5 ç.q. maya

krem:
1 yumurta
1 st. şəkər tozu
3 x.q. nişasta
2 st. süd
1 paket vanilli şəkər tozu (5 q)

Hazırlanması:
Krem: Yumurtanı şəkər tozu və nişasta ilə ağ, qatı kütlə alınanadək çalın. İsit süd əlavə edib qarışdırın, ocağın üstünə qoyub daim qarışdıraraq qaynara düşüb qatılaşanadək bişirin.

Xəmir: İlıq süddə mayanı əridin, yumurta, duz, un əlavə edib yumşaq xəmir yoğurun. 2 yerə bölün. Hər birini yayıb üzərinə yumşalmış yağ çəkin. Öncə rulet, sonra spiral kimi bükün. Çalışın 250 q yağın hamısını xəmirin üzərinə çəkəsiniz (bünün üçün onu əritmək yox, sadəcə otaq temperaturunadək yumşaltmaq lazımdır). Əks halda qatları bilinmir.

Hər spiralı ayrılıqda qida plyonkasına büküb soyuducuda 2-4 saat saxlayın.

Bu müddət ötəndən sonra xəmiri çıxarın. Yenidən yoğurmaq lazım deyil. Olduğu kimi ayrı-ayrılıqda 2-3 mm qalınlıqda yayın.

Xəmirin birini yağlanmış siniyə yayın. Üzərinə kremi çəkib hamarlayın. İkinci xəmiri bir az enli yayın ki, kənarını altına qatlamaq olsun. Onu kremin üstündən qoyub kənarlarını alt tərəfinə qatlayın (kənarlardan içəriyə 2 sm).

Üzərini bir neçə yerdən çəngəllə deşin. Yumurta sarısını azca südlə çalıb üzərinə çəkin.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə, üzəri qızaranadək bişirin. Bir qədər soyuduqdan sonra üzərinə şəkər pudrası səpə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, üzərinə, yumurta, yayın, sonra, ayrılıqda, bişirin, qoyub, birini, əlavə, xəmir, nişasta, çəkin, xəmiri, olsun, İkinci, hamarlayın, kənarını, altına, kremin
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN