• Almalı maffin resepti

Reseptin məlumatları Baxış sayı: 14 173

Tarix : 1-08-2016, 21:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
350 q un
1 paket qabartma tozu
1 ç.q. soda
125 ml süd
125 ml qaymaq
75 ml bitki yağı
1 yumurta
1 ç.q. darçın
1 paket vanilli şəkər tozu
3 böyük alma

Hazırlanması:
Almaları sürtgəcdən keçirin.
Un, qabartma tozu və sodanı birlikdə ələyin, ortasında çuxur açın. Çuxura şəkər tozu,süd, qaymaq, bitki yağı, yumurta, darçın, vanilli şəkər tozu, sürtgəcdən keçirilmiş almanı qoyub yoğurun.

Xəmirdən qaşıqla götürərək yağlanmış maffin qablarına paylaşdırın. 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Bişib-bişmədiyini diş çöpüylə yoxlayın.
Maffin xəmirinə damla şokolad və xırdalanmış qoz da əlavə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, vanilli, sürtgəcdən, paket, darçın, yumurta, qabartma, qaymaq, bitki, dəqiqə, Bişib, bişirin, paylaşdırın, bişmədiyini, dərəcə, qızdırılmış, sobada, damla, xırdalanmış, əlavə
BİZİ İZLƏYİN