• Balqabaqlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 14 358

Tarix : 2-08-2016, 11:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q balqabaq
1 st. şəkər tozu
1 paket peçenye (Petit Beurre)
3 x.q. çəkilmiş qoz ləpəsi
2 st. su

üzərinə:
şokolad

Hazırlanması:
Balqabağı xırda doğrayıb qabığını soyun, qazana yığın. Üzərinə su və şəkər tozu əlavə edib yumşalınca bişirin. Soyuduqdan sonra püre halına salın.
Peçenyeləri xırdalayın. Qoz ləpələrini iri doğrayıb peçenye ovuntuğu ilə birlikdə balqabaq püresinə əlavə edin.
Alüminium folqanı masanın üzərinə yayın. Balqabaq qarışığını üzərinə uzununa qoyun. Folqanı kənarlardan qaldıraraq keksə üçbucaq forma verin. 4-5 saat soyuducuda saxlayın.
Bu müddətdən sonra folqanı çıxarın. 10 dəqiqə otaq temperaturunda qaldıqdan sonra şokoladı su hamamında əridib keksin üzərinə gəzdirin.

Nuş olsun!
Etiketlər: üzərinə, sonra, balqabaq, doğrayıb, əlavə, şəkər, folqanı, peçenye, kənarlardan, qaldıraraq, üçbucaq, keksə, uzununa, Balqabaq, yayın, qarışığını, forma, qoyun, Folqanı, soyuducuda
BİZİ İZLƏYİN