• Kəhraba piroq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 054

Tarix : 3-08-2016, 17:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
375 q un
100 q şəkər pudrası
1 balaca yumurta
1 dolu ç.q. qabartma tozu
100 q otaq temperaturunda kərə yağı
1 x.q. limonçello (yaxud alma şirəsi + azacıq alkoqolla əvəzləyə bilərsiniz)

:
1 kq alma
750 ml alma şirəsi
şəkər tozu (zövqə görə)
2 qutu 37 qramlıq vanil pudinqi

üzərinə:
400 ml qatıq
1 x.q. jelatin
şəkər pudrası

(kənarı açılan 26 sm dm-li forma üçün)

Hazırlanması:
Unu qabartma tozu və şəkər pudrası ilə birlikdə ələyin. Yumurta, limonçello (limon likörü), yağ əlavə edib əlüstü yumşaq xəmir yoğurun. Lazım gələrsə, unun qədərini artıra bilərsiniz.
Xəmiri yayıb formanın içinə döşəyin, kənarlarını qaldırın.
Almaları təmizləyib iri sürtgəcdən keçirin, yaxud kubik doğrayın. Üzərinə azca limon şirəsi gəzdirin ki, qaralmasın.
Pudinqi qablaşdırmanın üzərində yazılan qaydada hazırlayın. Amma bu zaman 750 ml alma şirəsindən istifadə edin. Ocaqda çox saxlamayın, çünki pudinq çox tez qatılaşır. Qaynar pudinqi almaya əlavə edib qarışdırın və dərhal da formadakı xəmirin üzərinə tökün.
Sobanı 170 dərəcə qızdırın. 1 saat bişirin. Bu müddətdən sonra sobanı söndürüb qapağını 1 saat müddətinə açmayın.
Sonra formadan çıxarmadan 4 saat soyuducuda saxlayın (bir gecə də olar).
Qatığı şəkər pudrası ilə çalın. Jelatini üzərində göstərilən qaydada suda saxlayın, sonra əriyənədək vam odda qızdırın (qaynatmaq olmaz). Şirin qatığa qarışdıraraq əlavə edin.
Piroqun üzərinə çəkin. Üzərini kakao və qaymaqla da bəzəyə bilərsiniz.

Kəhraba piroq resepti - FOTO RESEPT

Kəhraba piroq resepti - FOTO RESEPT

Kəhraba piroq resepti - FOTO RESEPT

Kəhraba piroq resepti - FOTO RESEPT

Kəhraba piroq resepti - FOTO RESEPT

Kəhraba piroq resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, pudrası, bilərsiniz, əlavə, şirəsi, üzərinə, qaydada, limonçello, qızdırın, pudinqi, qabartma, limon, yaxud, saxlayın, üzərində, sonra, Sobanı, istifadə, bişirin, sobanı
BİZİ İZLƏYİN