• Bəbir keks resepti

Reseptin məlumatları Baxış sayı: 13 012

Tarix : 6-08-2016, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 fincan un
1/2 st. şəkər tozu
1,5 paket qabartma tozu
3/4 st. xama
1/2 ç.q. duz
1/4 st. süd
2 yumurta
2 ç.q. vanilli şəkər tozu
1/4 st. əridilmiş kərə yağı
200 q xırda şokolad (damla)

Hazırlanması:
Un, duz, şəkər tozu və qabartma tozunu qarışdırın.
Başqa qabda xama, süd, yumurta və vanili qarışdırın. Ərinmiş yağı əlavə edin. Qarışdırıb un qarışığını əlavə edin.
Şokoladı (bütövdürsə, bıçaqla doğrayın) əlavə edib qarışdırın.
Formalara paylayın.
190 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.

Nuş olsun!
Etiketlər: qarışdırın, əlavə, şəkər, yumurta, qabartma, dərəcə, qızdırılmış, paylayın, doğrayın, bıçaqla, sobada, Formalara, dəqiqə, kibrit, yoxlayın, bişmədiyini, Bişib, bişirin, bütövdürsə, Qarışdırıb
BİZİ İZLƏYİN