• Almalı şarlotka resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 33 123

Tarix : 4-07-2014, 02:12

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 ədəd turşməzə alma (1 kg)
1 xörək qaşığı çörək qırıntısı (suxarik)
Bir-iki çimdik darçın (zəruri deyil)
4 ədəd yumurta, oda hərarətində (soyuducudan hardasa 30 dəqiqə əvvəldən çıxardın)
1 stəkan şəkər tozu
1 stəkan un
Bir çimdik vanil və ya bir neçə damcı vanil ekstraktı
Şəkər kirşanı (pudrası), üstü üçün

Hazırlanması:
Əvvəlcə almaları soyun. Sonra 4 hissəyə bölüb, hər hissəni nə çox nazik, nə də çox qalın dilimlərə doğrayın.
Kənarları çıxan tort formasının (23 cm diametri olan) dibini və kənarlarını yağlayın. Əgər belə formanız yoxdursa, onda adi formadan da istifadə edə bilərsiniz. Dibinə çörək qırıntısı səpin. Alma dilimlərini formaya yığın. Əgər istəyirsinizsə, üstünə bir az darçın səpin.
Almalı şarlotka resepti - FOTO RESEPT


İri qabda yumurta və şəkəri kütlənin rəngi açıq sarı olana qədər mikserlə çalın. Nə qədər çox çalsanız piroqunuz bir o qədər yaxşı şişər. İçinə vanil və unu əlavə edib, bir az da çalın.
Almalı şarlotka resepti - FOTO RESEPT


Alınan kütləni almaların hər tərəfinə tökün. Qarışdırmayın.
Almalı şarlotka resepti - FOTO RESEPT


Sobanı 180C-dək qızdırın. Piroqu 1 saat ərzində üstü qızaranadək bişirin.
Piroqun hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ piroqunuz hazırdır. Piroq öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın.
Üstünə şəkər kirşanı səpin və süfrəyə verin. Bu piroq istiykən də çox ləzzətli olur – üstünə bir az dondurma qoyub yeyin.
Almalı şarlotka resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: qədər, vanil, səpin, çıxardın, stəkan, çalın, çörək, formadan, çıxan, kirşanı, yumurta, şəkər, darçın, qırıntısı, üstünə, çimdik, piroqunuz, Sobanı, Qarışdırmayın, qızdırın
BİZİ İZLƏYİN