• Nağıldan piroq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 939

Tarix : 11-08-2016, 14:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Xəmir üçün:
2 stəkan buğda unu
150 qr kərə yağı
3 xörək qaşığı xama
1 yumurta və ya 2 yumurtanın sarısı
bir çimdik duz

İç üçün:
3 yaşıl alma
2 ovuc qoz
100q qəhvəyi rəngli şəkər
limon şirəsi
bir parça kərə yağı
vanil, darçın

Hazırlanması:
Əvvəl xəmiri yoğurmaq lazımdır. Bunun üçün aşağıdakıları etməliyik:
Unla yağı birlikdə döyürük. Bunları sizin üçün rahat olan iri kasaya və ya tavaya tökürük.
Xamanın üzərinə yumurta və duz tökür, sonra isə bunları yağlı un qarışığının üzərinə əlavə edir və tez inqrediyentlər tam qarışana kimi yoğururuq.
Hazır xəmiri iki bərabər hissəyə bölür və 30-40 dəqiqəliyə soyuducuya qoyuruq. Bu vaxt ərzində içini də hazırlayırıq.

Almalı iç üçün:
Almaların qabığını soyuruq, ortasını çıxarırıq, 6 yerə bölürük və hər birini uzunsov doğrayırıq. Bunları dərin bir qaba yığırıq.
Qozu bıçaqla doğrayırıq və almanın üzərinə tökürük.
Alma və qozun üzərinə limon şirəsi, şəkər, vanil və darçın əlavə edirik və yaxşı-yaxşı qarışdırırıq.
Azacıq qızdırılmış tavada bir parça kərə yağını əridirik və içi ora tökürük. Almalar yumşalana və artıq su buxarlanana qədər qarışdırırıq. Bunu ona görə edirik ki, piroq yaş olmasın. Hazır olanda içi soyumağa qoyuruq.
Soyuducudan xəmirin birini çıxarıb 2-3 mm nazikliyində yayır və piroqu bişirəcəyimiz formaya qoyuruq. Artıq qalmış kənarları kəsirik. Almadan hazırlanmış içi üzərinə qoyuruq.​

Nağıldan piroq resepti - FOTO RESEPT

İkinci xəmir kündəsini nazik yayırıq və forma ilə ondan ürəklər kəsirik. Bu ürəkləri için üstü tam örtülənə kimi dövrələmə düzürük.

Nağıldan piroq resepti - FOTO RESEPT

Çiy piroqun üzərinə yumurta sarısı çəkir və 180 dərəcəyə qədər qızdırılmış sobada bişiririk.

Nağıldan piroq resepti - FOTO RESEPT

Bax belə! Almalı piroq hazırdır! Bir qədər soyuduqdan sonra üzərinə şəkər tozu tökür porsiyalarla döğrayır və vanilli dondurma ilə süfrəyə veririk; bu, bizim ürək şəkilli desertimizə əvəzsiz əlavə olacaq.

Nağıldan piroq resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: üzərinə, qoyuruq, yumurta, əlavə, şəkər, qədər, tökürük, kəsirik, Bunları, Hazır, tökür, birini, yaxşı, qarışdırırıq, qızdırılmış, edirik, piroq, xəmiri, doğrayırıq, Almalı
BİZİ İZLƏYİN