• Yumurta resepti

Reseptin məlumatları Baxış sayı: 21 718

Tarix : 19-07-2014, 02:13

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
8 yumurta
Səkkiz yemək qaşığı un

Şərbəti üçün
8 qəhvə fincanı toz şəkər
8 qəhvə fincanı su
Yarım limon suyu

Hazırlanması:
Ilk öncə şərbətini qaynadıb bir kənara soyuması üçün qoyuruq.
Ilk növbədə yumurtalarımız mütləq soyuducudan çıxmış olmalı.
İlıq yumurta ilə edilməsi xoş nəticələr verməyə bilər.
Yumurtaların ağlarını ehtiyatla sarısından ayırırıq. (Tamamilə ağ və sarı bir-birinə qarışmamalı)
Yumurta ağlarını qar halına gələnə qədər mikserin orta sürətində çırpırıq.
Yumurta sarılarını və unu yavaş-yavaş əlavə edərək çırpma əməliyyatına davam edirik.
Yağlanılmış nimçəyə qarışığı töküb 175 dərəcə (Sobaya görə dəyişə bilər) bişməyə qoyuruq.
Desertimiz bişincə istədiyimiz şəkildə dilimləyib, soyutduğumuz şərbətini üzərinə tökürük.

Nuş olsun!
Etiketlər: qoyuruq, yavaş, bilər, şərbətini, ağlarını, fincanı, qəhvə, Yumurta, yumurta, Yağlanılmış, edirik, əməliyyatına, davam, çırpma, əlavə, sürətində, mikserin, çırpırıq, sarılarını, nimçəyə
BİZİ İZLƏYİN