• Qaraqum resepti

Reseptin məlumatları Baxış sayı: 15 826

Tarix : 17-08-2016, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q marqarin
1 st. şəkər tozu
1 st. un
1 yumurta
0,5 ç.q. soda
1 çimdik duz
mürəbbə

Hazırlanması:
Yumurtanı şəkər tozu ilə qarışdırın.

Yağı əridin, yumurta və şəkər tozu qarışığına əlavə edin. Un, soda, duz qatıb qarışdırın. Xəmir çox elastik alınır.

Xəmirin 1/4-ni dondurucuya qoyun. Qalanını əlinizlə siniyə bərabər qaydada yayın (nazik qat). Üzərinə sevdiyiniz mürəbbəni çəkin.

Soyuducudakı xəmiri çıxarın, sürtgəcin iri gözündən piroqun üzərinə keçirin.

180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə, üzəri azca qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: şəkər, yumurta, qarışdırın, xəmiri, çıxarın, sürtgəcin, gözündən, Soyuducudakı, çəkin, sevdiyiniz, mürəbbəni, piroqun, Üzərinə, keçirin, üzəri, qızaranadək, bişirin, dəqiqə, sobada, nazik
BİZİ İZLƏYİN