• Mandarinli keks resepti

Reseptin məlumatları Baxış sayı: 14 008

Tarix : 19-08-2016, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
110 q kərə yağı
110 q şəkər tozu
2 yumurta
110 q un
1 ç.q. qabartma tozu
1 ç.q. vanilli şəkər
20 q martsipan (yaxud bir qədər mandarin sedrası)
40 q qəhvəyi şəkər tozu
3-4 mandarin

Hazırlanması:
(18-20 sm diametrli dairəvi forma, yaxud 12 xırda forma üçün)

Kərə yağını şəkər tozu ilə rəngi açılıb eynicinsli kütlə alınanadək çalın.

Yumurtaları bir-bir əlavə edib hər dəfə yaxşıca qarışdırın.

Vanilli şəkər tozu əlavə edin.

Unu qabartma tozu ilə qarışdırıb əlavə edin.

Martsipanı xırda doğrayıb əlavə edin. Əgər martsipan yoxdursa, bir qədər mandarin sedrası əlavə edə bilərsiniz.

Balaca kekslər üçün:
Xırda formaları kərə yağı ilə yağlayın. Hər birinin dibinə 1 ç.q. qəhvəyi şəkər tozu səpin. Mandarini 0,5 sm qalınlıqda dilimlərə doğrayın, hər formanın dibinə bir dilim qoyun.

Üzərinə xəmir tökün.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-35 dəqiqə, üzəri qızaranadək bişirin. Hazır olub-olmadığını kibrit çöpüylə yoxlayın.
Sobadan çıxarandan sonra bir qədər soyudun, bıçaqla kənarlarını ayırıb tərs çevirin.

Bütöv keks üçün:

18-20 sm diametrli dairəvi formanın içinə perqament döşəyin. Dibinə bərabər qaydada qəhvəyi şəkər tozu səpin. Mandarini 0,5 sm qalınlıqda dilimlərə doğrayın. Döşəyin. Üzərinə xəmiri töküb hamarlayın.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə, üzəri qızaranadək bişirin. Hazır olub-olmadığını kibrit çöpüylə yoxlayın.

Keksi bir qədər soyudun. Əgər formanın kənarları açılandırsa, açın. Açılmırsa, kağızın kənarından tutub qaldırın, qaba keksi tərs çevirin, perqamenti səliqəylə ayırın.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, qədər, formanın, qəhvəyi, mandarin, Əvvəlcədən, dərəcə, qızdırılmış, səpin, Mandarini, sobada, doğrayın, qalınlıqda, dilimlərə, üzəri, çöpüylə, yoxlayın, soyudun, çevirin
BİZİ İZLƏYİN