• Karamelli banan piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 14 627

Tarix : 7-10-2017, 22:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
100 q yumşaq kərə yağı
100 q şəkər tozu
1 iri yumurta
100 q un
1/2 ç.q. qabartma tozu
50 ml süd
1/2 ç.q. vanil cövhəri

:
2 ortaboy banan

karamel:
50 q kərə yağı
150 q qəhvəyi şəkər tozu
1/2 ç.q. darçın

Hazırlanması:
Xəmir: kərə yağını şəkər tozu ilə ağarıb şişənəcən çalın, yumurta əlavə edib bir daha çalın, vanil cövhəri qatın. Unu qabartma tozu ilə ələyin. Yarısını xəmirə qatın, qarışdırıb süd tökün, bir daha qarışdırıb unun qalanını əlavə edin. Yaxşıca qarışdırın.

Karamel: tavaya kərə yağı və şəkər tozunu tökün, orta itilikli odda şəkər dənələri əriyib eynicinsli kütlə alınanadək qızdırın, darçını əlavə edin.

Karameli formanın dibinə tökün. Üzərinə 0,5 sm qalınlıqda doğranmış bananı düzün. Bananın üzərinə xəmiri bərabər yayın.

180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Formada 3 dəqiqə soyudandan sonra qaba tərs çevirib süfrəyə verin.

Nuş olsun!
Etiketlər: şəkər, tökün, əlavə, dəqiqə, yumurta, qatın, çalın, qarışdırıb, qabartma, vanil, cövhəri, düzün, üzərinə, bananı, Bananın, qalınlıqda, Karameli, darçını, formanın, dibinə
BİZİ İZLƏYİN