• Kokoslu-giləmeyvəli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 12 908

Tarix : 24-09-2017, 18:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3/4 fincan otaq temperaturunda yağ
1 3/4 fincan + 1 x.q. un
2 ç.q. qabartma tozu
1/2 ç.q. duz
1 fincan kokos yonqarı
1 fincan + 1 x.q. şəkər tozu
3 iri yumurta
3/4 fincan qatıq
2 ç.q. laym sedrası
2 x.q. laym şirəsi
3 fincan giləmeyvə: moruq, qaragilə, çiyələk və s.
3 x.q. rom, yaxud portağal şirəsi

1 fincan = 250 ml

Hazırlanması:
Sobanı 175 dərəcə qızdırın. Formanı (23x33 sm) yağlayın.

1 3/4 fincan unu, kokosu, qabartma tozu və duzu qarışdırın.

Mikserlə 1 fincan şəkər tozunu yağla çalın. Tədricən yumurtaları əlavə edin. Üç dəfəyə unu əlavə edin, arada qatıq qatın, sedra və laym şirəsi əlavə edin. Xəmiri formaya qoyub üzərini hamarlayın.

Giləmeyvəni 1 x.q. un, 1 x.q. şəkər tozu, rom (yaxud portağal şirəsi) ilə qarışdırın, xəmirin üzərinə düzün. 35 dəqiqə bişirin, şəbəkənin üzərində soyudun.

Nuş olsun!
Etiketlər: fincan, şirəsi, şəkər, əlavə, portağal, qatıq, yaxud, qarışdırın, qabartma, formaya, qoyub, üzərini, Xəmiri, sedra, temperaturunda, dəfəyə, arada, qatın, hamarlayın, xəmirin
BİZİ İZLƏYİN