• Almalı bezeli tart resepti

Reseptin məlumatları Baxış sayı: 19 177

Tarix : 17-01-2017, 21:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel


Tərkibi:
Xəmir üçün:
Un-250 qr.
Kərə yağı-200 qr.
Şəkər tozu-1 x.q.
Yumurtanın sarısı-1 ədəd
Duz

İçlik üçün:
Alma-2-3 ədəd (təmizdənmiş)
Limon suyu-1 x.q.
Surtkəcdən keçirilmiş 1 limon qabiğı
Şəkər pudrası-200 qr.
Yumurta-4 ədəd + 1 yum. ağı (xəmirdən qalmış)

Hazırlanması:
Unu, Şəkər tozunu, duzu qarışdırırıq. Yumuşaq, xırda kəsilmiş kərə yağını əlavə edirik. Və umac halına gətiririk.
Yumurta sarısını əlavə edirik. Ehtiyac olsa bir x.q. soyuq su əlavə edə bilərsiz. Xəmiri unlanmış masada top şəklinə qətirin. Plenkaya bürüyüb 30 deq. soyuducuya qoyun.
Xəmir soyuyandan sonra, unlanmış masada xəmiri yayin və 26 sm. formaya yerləşdirin.

Almaları sürtkəcdən keçiririk, üstünə limon suyu əlavə edirik (qaralmasın). Limon qabığını və şəkər pudrasını əlavə edib qarışdırırıq. Yumurtaların sarısını ağından ayırırıq. 4 sari və 2 ağı almanın içinə gedəcək. 3 ədəd ağı isə beze üçün bizə lazım olacaq. Almanın içinə sarıları qatib qarışdırıq. 2 ağı isə mikserlə çalıb sonra əlavə edirik. Almalı içliyi xəmirin üstünə töküb, sobaya 160 dər. 40 dəq. goyuruq. İçlik bərkiməlidir, lakin görsəniz ki çox qizarır üstünü folqa ilə örtün.
Üç yum. ağını mikserlə beze halına gətiririk. Şəkər pudrası elavə edin, zovgə görə. 40 deq. keçdikdə, tartımızın üstünə edib yenə 15 deq. sobaya qoyuruq.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, Şəkər, edirik, üstünə, sobaya, gətiririk, halına, unlanmış, mikserlə, içinə, Xəmir, sonra, qarışdırırıq, masada, sarısını, Yumurta, İçlik, pudrası, Limon, limon
BİZİ İZLƏYİN