Tərkibi:225 qram krem pendir, yumuşalmış
1 fincan bal
3 ədəd yumurta
2 yemək qaşığı un
1,5 çay qaşığı vanil
Peroqun altı üçün: 2 fincan doğranmış pekan qozu
1 yemək qaşığı yağ
Hazırlanması:Sobanı 175 dərəcə qızdırın
Yağı əridin və doğranmış qozları əlavə edin.
Bu qarışımı kiçik toplar formasında gözləri olan keks qabına tökün.
Qozların qabın dibində preslenib qalması üçün üstündən möhkəm basmaq lazımdır.
Bir kasada krem pendiri, yumurta, bal və vanili yaxşıca qarışdırın.
Yavaşca üzərinə unu da əlavə edib tamamilə qarışdırın.
Hazır xəmiri keks qablarının içindəki qoz qarışımlarının üzərinə əlavə edin.
15 dəqiqə ərzində bişirin.
Soyuduqdan sonra servis edə bilərsiniz.
Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, qarışdırın, üzərinə, doğranmış, fincan, yumurta, yemək, Yavaşca, basmaq, tamamilə, vanili, lazımdır, kasada, Hazır, pendiri, yaxşıca, içindəki, Soyuduqdan, sonra