• Ballı krem pendirli keks resepti

Reseptin məlumatları Baxış sayı: 4859

Tarix : 3.02.2017, 14:00

Bölmə : Şirniyyatlar » Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Ballı keks üçün:
½ fincan kərə yağı, otaq temperaturunda
¾ fincan şəkər
2 ədəd yumurta
½ fincan un
1 çay qaşığı qabartma tozu
½ çay qaşığı duz
½ fincan ayran
¼ fincan bal
1 çay qaşığı vanil

Ballı krem pendir dondurulması üçün:
¾ fincan kərə yağı, otaq temperaturunda
120 qram krem pendir
3 fincan şəkər
3 yeməkqaşığı bal

Hazırlanması:
Sobani 175 dərəcə isidin və 12 ədəd kiçik keks qablarını hazırlayın.
Orta ölçülü bir qabda unu, qabartma tozunu və duzu qarışdırıb kənara qoyun.
Kiçik ölçülü bir qabda ayran, bal və vanili qarışdırıb bir kənara qoyun.
Ayrıca bir qabda yağı və şəkəri mikserin orta sürəti ilə tam qarışanacan çalın.
Yumurtaları bir-bir əlavə edin və hər dəfə kasanın kənarlarını təmizləyərək yaxşıca qarışdırın.
Un qarışımını və ayranlı qarışımı növbə ilə əlavə edib tam qarışanacan çalın.
Ucu kəsik krem torbasının köməyi ilə hazır xəmiri keks qablarına tökün.
18-20 dəqiqə bişirin.
Diş çöpünün köməyi ilə bişib bişmədiyini yoxlaya bilərsiniz.
Bişdikdən sonra 5 dəqiqə soyumasını gözlədikdən sonra tavadan çıxara bilərsiniz.
Bir qabda yağı və krem pendiri tam qarışanacan mikserlə çalın.
Şəkəri yavaş-yavaş əlavə edərək çalmağa davam edin.
Balı əlavə edib qarışdırın.
Hazır kremi ucu boru şəkilli krem torbasını icinə doldurub dairəvi hərəkətlərlə soyumuş kekslərin üstünü bəzəyin.
Üzərinə sarı rəngli şəkər səpin.

Nuş olsun!

Etiketlər: fincan, qabda, əlavə, çalın, qarışanacan, qaşığı, şəkər, Ballı, sonra, qarışdırıb, qoyun, kənara, köməyi, ölçülü, bilərsiniz, yavaş, temperaturunda, qabartma, ayran, qarışdırın
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica