• Ən asan xama piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 618

Tarix : 6-02-2017, 20:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
200 q dondurulmuş kərə yağı
1 yumurta
1,5 ç.q. qabartma tozu
300 q un
0,5 st. şəkər tozu

iç:
500 ml yağlı xama (ən az 20%)
4 yumurta
2 paket vanilli şəkər tozu
4 x.q. şəkər tozu

Hazırlanması:
Kərə yağını əvvəlcədən dondurucuya qoyub soyutmaq lazımdır. Donmuş yağı sürtgəcin iri gözündən keçirin. Yumurta, şəkər tozu, ələnmiş un və qabartma tozu əlavə edib əlüstü xəmir yoğurun, kündələyib 10 dəqiqə saxlayın.

Kənarları açılan formanı yağlayın. Xəmiri 0.5 sm qalınlıqda yayıb formanın içinə döşəyin, kənarlarını qaldırın.

İç üçün olan ərzağı qarışdırıb çalın (mikserə gərək yoxdur, eynicinsli olsun, yetər).

İçi xəmirin üzərinə tökün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin.

Hazır piroqu tam soyudun.

Ən asan xama piroqu resepti - FOTO RESEPT

Ən asan xama piroqu resepti - FOTO RESEPT

Ən asan xama piroqu resepti - FOTO RESEPT

Ən asan xama piroqu resepti - FOTO RESEPT

Ən asan xama piroqu resepti - FOTO RESEPT

Ən asan xama piroqu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, xəmir, qabartma, dəqiqə, yumurta, çalın, qarışdırıb, gərək, yoxdur, ərzağı, mikserə, kənarlarını, formanın, içinə, döşəyin, eynicinsli, qaldırın, yetər, bişirin, sobada
BİZİ İZLƏYİN