• Şəkərli piroq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 303

Tarix : 3-11-2016, 21:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q un
100 ml süd
15 q yaş maya (yaxud 2 x.q. quru maya)
2 yumurta
1 çimdik duz
vanil
100+50 q kərə yağı
100-150 q şəkər tozu
200 ml qaymaq

Hazırlanması:
İsti südə 1 ç.q. şəkər tozu və 2 ç.q. quru maya (yaxud yaş maya) əlavə edib şişməsini gözləyin (təxminən 15 dəqiqə).
Yumurta ilə 100 q otaq temperaturunda olan kərə yağı, vanili əlavə edin. Qarışdırın. Unu az-az əlavə edərək qaşıqla qarışdırın.
Xəmir yumşaq və yapışqan alınır. Üzərinə dəsmal çəkib 1 saat isti yerdə saxlayın.
21 sm diametrli (yaxud 20x21 düzbucaqlı) yağlanmış formaya xəmiri qoyun. Əlinizi bitki yağına batırıb xəmiri bərabər yayın. Daha yarım saat isti yerdə saxlayın.
50 q kərə yağı ilə şəkər tozunu bıçaqla xırdalayın, qum kimi ovuntuq alınacaq. Soyuducuya qoyun.
Yarım saat sonra barmağınızı bitki yağına batırıb xəmirin üzərinə batırmaqla bir neçə çuxur açın.
Yağla şəkər tozunu səpin. 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.
Üzərinə qaymaq tökün (xama da olar). Sobada daha 6-9 dəqiqə bişirin.

Şəkərli piroq resepti - FOTO RESEPT

Şəkərli piroq resepti - FOTO RESEPT

Şəkərli piroq resepti - FOTO RESEPT

Şəkərli piroq resepti - FOTO RESEPT

Şəkərli piroq resepti - FOTO RESEPT

Şəkərli piroq resepti - FOTO RESEPT

Şəkərli piroq resepti - FOTO RESEPT

Şəkərli piroq resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, əlavə, yaxud, dəqiqə, tozunu, bişirin, saxlayın, yerdə, batırıb, Üzərinə, yağına, qoyun, bitki, xəmiri, qaymaq, ovuntuq, xırdalayın, bıçaqla, yarım, yayın
BİZİ İZLƏYİN