• Kəsmikli alma piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 13 848

Tarix : 4-11-2016, 16:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q un
200 q kərə yağı
100 q şəkər pudrası
2 q vanil
400 q kəsmik
40 q mannı yarması
2 yumurta
50 ml xama
75 q şəkər tozu
2 alma

Hazırlanması:
Şəkərli xəmir: unu şəkər pudrası və vanillə qarışdırıb, yumşaldılmış yağ əlavə edin, əvvəl ovub, sonra 1 x.q. soyuq su əlavə edərək yoğurun. Kündələyib soyuducuda 20 dəqiqə saxlayın.

Sonra çıxarıb yayın, perqament döşənmiş, yağlanmış formaya qoyun.

Yumurta, kəsmik, şəkər tozu, mannı və xamanı qarışdırın, xəmirin üzərinə yayın.

Almaları nazik, fal-fal doğrayıb kəsmikli qarışığın içinə düzün.

180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. (Sobadan asılı olaraq bu müddət az və ya çox ola bilər).

Süfrəyə verərkən üzərinə şəkər pudrası səpə, nanə yarpaqları ilə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, pudrası, dəqiqə, yayın, əlavə, üzərinə, mannı, kəsmik, düzün, içinə, qarışığın, nazik, xəmirin, Almaları, dərəcə, doğrayıb, kəsmikli, bişirin, verərkən, Süfrəyə
BİZİ İZLƏYİN