• Gül dəstəsi bulka piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 29 605

Tarix : 8-11-2016, 12:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
350 q un
maya
80 q yumşaq kərə yağı
2 yumurtanın sarısı
15 x.q. isti süd
3 x.q. şəkər pudrası
1 paket vanilli şəkər tozu
1/2 ç.q. duz

Hazırlanması:
Ləyəndə isti süd, 1 ç.q. şəkər tozu və mayanı qarışdırıb ağzına qapaq qoyun, 10 dəqiqə saxlayın.
Mikserin qabına un, şəkər tozu, vanilli şəkər və duz töküb qarışdırın. Südlü-mayalı qarışığı əlavə edib qarışdırın. Yumurta sarılarını qatıb qarışdırın.
Kərə yağını doğrayıb əlavə edin.
1-ci sürətlə 5 dəqiqə, sonra 2-ci sürətlə 10 dəqiqə qarışdırın.
Üzərinə dəsmal çəkib həcmi iki dəfə artanadək isti yerdə saxlayın.
Xəmiri 2 və ya 3 yerə bölün.
Kündələri un səpilmiş masaların üzərində nazik yayın. 8-10 sm diametrli dairələr kəsin. 3 dairəni bir qırağı o birinin üstünə çıxmaqla yanaşı düzün. Sonra bükün. Ortadan bıçaqla kəsin - 2 "qızılgül çiçəyi" alınacaq.

"Gül"ləri formaya bir qədər aralı düzün. Üzərinə qapaq qoyub daha 45 dəqiqə saxlayın. Xəmir bir az da şişəcək.

Sobanı 180 dərəcə qızdırın.

25 dəqiqə bişirin.

Bişdikdən sonra üzərinə şəkər pudrası səpin.

Gül dəstəsi bulka piroqu resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: şəkər, dəqiqə, qarışdırın, saxlayın, sonra, Üzərinə, qapaq, sürətlə, əlavə, düzün, kəsin, pudrası, vanilli, Sonra, bükün, Ortadan, çıxmaqla, dairəni, dairələr, diametrli
BİZİ İZLƏYİN