• Alma və kəsmikli qat-qat piroq resepti

Reseptin məlumatları Baxış sayı: 68 795

Tarix : 28-07-2014, 02:44

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. un
1 st. şəkər tozu
100 q kərə yağı
2 yumurta
100 q kəsmik
2 alma
1 çimdik vanil
1 ç.q. qabartma tozu
darçın (zövqə görə)

Hazırlanması:
Unu yarım stəkan şəkər tozu, yağ, vanil, darçın və qabartma tozu ilə ovun.

Almaların qabığını soyub cecəsini çıxarın. Bir almanı və yarısını sürtgəcin iri gözündən keçirin, bu mərhələdə darçın əlavə edə bilərsiniz.

Yarım almanı, kəsmiyi, yumurtaların sarısını blenderdə eynicinsli kütlə alınanadək çalın. Yumurta ağlarını isə yarım stəkan şəkər tozu ilə çalın, sonra yumurta sarısı olan qarışığa ehtiyatla əlavə edin.

Formanı yağlayın. Xəmir ovuntuğunun 1/3-ni döşəyin. Üzərinə sürtgəcdən keçirilmiş almanın yarısını çəkin. 3-cü lay: yenə xəmir ovuntuğunun 1/3-i. 4-cü qat - blenderdə xırdaladığınız kütlə (alma, yumurta, kəsmik). Ovuntuq qalıbsa, onu da üzərindən səpin.
170-180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: darçın, yumurta, şəkər, əlavə, almanı, blenderdə, ovuntuğunun, çalın, stəkan, kütlə, yarısını, qabartma, vanil, yarım, kəsmik, sürtgəcdən, keçirilmiş, döşəyin, Üzərinə, olsun
BİZİ İZLƏYİN