• Qazandibi resepti

Reseptin məlumatları Baxış sayı: 20 481

Tarix : 28-07-2014, 02:50

Bölmə : Piroq və Kekslər / Digər reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
1 toyuğun döş əti
1 x.q. limon şirəsi
7 su st. süd
0,5 ç.q. duz
1,5 su st. şəkər tozu
2 x.q. un
2 x.q. nişasta
1 x.q. düyü unu
1 çömçə su

Hazırlanması:
Toyuğun döş ətini iki yerə bölün, limon suyu əlavə edilmiş suda bişirin.

Bişdikdən sonra soyudun, liflərinə ayırıb didin. Bir müddət soyuq suda saxlayın.

Sonra əlinizlə ovxalayaraq qoxusu çıxanadək yuyun. Suyunu sıxın.

Südü qazana tökün. Duz və şəkər tozunu əlavə edib qarışdırın, bişməyə qoyun.
Un, nişasta və düyü ununu bir kasada qarışdırın, qaynayan süddən bir çömçə götürüb bu qarışığa əlavə edin. 1 çömçə də su əlavə edin. Sonra bu qarışığı ehtiyatla qaynayan südə əlavə edin (qarışdıra-qarışdıra). Vam odda daha 5 dəqiqə bişirin. Toyuq ətini əlavə edib çəngəllə qarışdıra-qarışdıra daha 10 dəqiqə bişirin.

Qatılaşanda ocaqdan götürün. İsti-isti siniyə tökün, ocağın üstünə qoyun. Çox iti odda, sinini tez-tez çevirərək bişirin. Dibi qızarınca sinini ocaqdan götürüb 3-4 saat soyudun. Kvadratlara bölün, qızarmış tərəfi üstdə olmaqla boşqablara çəkib süfrəyə verin.

Nuş olsun!
Etiketlər: əlavə, bişirin, qarışdıra, çömçə, qarışdırın, dəqiqə, soyudun, tökün, ocaqdan, Sonra, sinini, götürüb, qoyun, şəkər, nişasta, qaynayan, ətini, bölün, limon, qarışığa
BİZİ İZLƏYİN