• Piroq qarmoşka resepti

Reseptin məlumatları Baxış sayı: 12 437

Tarix : 22-11-2016, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:
60 qr kərə yağı(yumuşalmış)
2 ədəd yumurta
160 ml ilıq süd
4 x.qaşığı şəkər tozu
2 ç.qaşığı droj
vanel
apardığı qədər un(təqribən 440 qr)
1/2 ç.qaşığı duz

İçlik:
2 ədəd apelsini qabığı (rəndələnmiş)
6x.qaşığı şəkər tozu
60 qr kərə yağı

Hazırlanması:
İlıq südə droj,duz,1ç.qaşığı şəkər tozu əlavə edilir,10 dəqiqə gözlədikdən sonra yumurtalar,kərə yağı əlavə edilib qarışdırılır,ən son un,vanel əlavə edilib yumuşaq xəmir yoğrulur və 1 saat isti yerdə mayalanmasını gözləyirik.
İçliyin hazırlanması:
Apelsinin qabığı rəndələnir və şəkər tozu ilə qarışdırılır.
Xəmir mayalandıqdan sonra 2 hissəyə bölünür 1 sm qalınlığında yayılır kərə yağı ilə yağlanır içlik səpilir, kvadrat şəklində kəsilir uzunsov şirniyyat qabına yığılır.(görüntü olaraq qarmoşkaya bənzəyir )
200 dərəcəli sobada təqribən 40 dəqiqə bişirilir.Soyuduqdan sonra şəkər kirşanı səpilir ...

Nuş olsun!
Etiketlər: mayalandıqdan, şəkər, qaşığı, sonra, əlavə, qabığı, səpilir, edilib, İçliyin, qarışdırılır, dəqiqə, tərkibi, təqribən, vanel, kəsilir, uzunsov, şirniyyat, şəklində, kvadrat, qalınlığında, yayılır
BİZİ İZLƏYİN