• Laymlı tart resepti

Reseptin məlumatları Baxış sayı: 12 379

Tarix : 15-11-2017, 22:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Əsas hissəsi üçün:
200 qr peçenya;
100 qr kərə yağı.

Fiylinq üçün:
125 ml laym şirəsi;
400 qr qatılaşdırılmış süd;
3 yumurta;
10 qr şəkərli vanil;
2 qr yaşıl qida boyası;
2 ədəd rəndələnmiş laym qabığı.

Hazırlanması:
1. Peçenyalar blenderdən keçirilir, üzərinə otaq temperaturunda olan yağ əlavə olunub qarışdırılır.
2. Hazır olan kütlə diametri 28 sm olan tart qəlibinə yerləşdirilir. Sobada 180°C temperaturda 8 dəqiqə bişirilir.
3. Ayrıca qatılaşdırılmış süd və laym şirəsi qarışdılır. Üzərinə yumurta, şəkərli vanil, qida boyası da əlavə olunub eynicinsli kütlə olana kimi qarişdırılır və hazırlanmış tart qəlibinə tökülür.
4. Sobada 170°C temperaturda 11-13 dəqiqə bişirilir. 3-5 saat dinləndirildikdən sonra süfrəyə verilə bilər.Servis zamani üzərinə şəkər kirşanı səpilir.

Nuş olsun!
Etiketlər: kütlə, olunub, əlavə, qəlibinə, Sobada, bişirilir, dəqiqə, temperaturda, boyası, üzərinə, vanil, yumurta, şəkərli, qatılaşdırılmış, şirəsi, olana, eynicinsli, hazırlanmış, səpilir, qarişdırılır
BİZİ İZLƏYİN