• Albalılı tart resepti

Reseptin məlumatları Baxış sayı: 13 493

Tarix : 3-10-2017, 22:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:
250 qr un
100 qr soyuq kərə yağı
100 qr şəkər
50 qr xama
1 yumurta
½ ç.q. soda və ya qabartma tozu

İçlik:
600 qr turş gilas
100 qr şəkər
3 x.q. kartof nişastası
1 ç.q. darçın

Hazırlanması:
1. Dərin qabda un, şəkər və sodanı qarışdırın. Soyuq yağı qatıb əlinizdə ovun. Sonra yumurta xamanı qatıb yumşaq xəmir yoğurun. Xəmiri 1 iri 1 xırda kündəyə (bəzək üçün) bölün. İri kündəni yayıb formanıza qoyun və soyuducuda 20 dəq saxlayın. Sonra çəngəllə bir neçə yerdən xəmiri deşib sobada 180 Cdə 15 dəq ərzində bişirin.
2. Albalının (turş gilas) tumunu təmizləyin. Üzərinə şəkər, nişasta, darçını töküb az həddə 5 dəq ərzində isidin ki şəkəri ərisin. (qaynatmaq lazım deyil)
3. Bişmiş xəmirin üzərinə albalı məhlulunu düzün və yenə sobada 15-20 dəq ərzində bişirin.
4. Soyudun və yeyin

Nuş olsun!
Etiketlər: şəkər, ərzində, bişirin, gilas, qatıb, sobada, Sonra, yumurta, darçını, həddə, töküb, nişasta, Albalının, deşib, xəmiri, isidin, tumunu, təmizləyin, Üzərinə, ərisin
BİZİ İZLƏYİN