Tərkibi:Xəmir:150 qr yağ
60 qr şəkər pudrası
2 yumurta ağı
220 qr un
vanilin 1 paket
İçlik:300 qr (20%) xama
3 yumurta sarısı
75 qr şəkər
20 qr qarğıdalı və ya kartof nişastası
Hazırlanması:Moruq: 200 qr moruğa 50 qr şəkər 2 tam dolmamış x.q. nişasta. Qarışdırıb qazın üstündə şəkər ərisin deyə ilidin. Qaynar etmək olmaz. (Bunu maraq üçün yazıram, bəlkə lazımınız olar)
1. Yağı şəkər pudrasıyla mikserlə çalın, yumurta ağını əlavə edib qarışdırın. Un və vanilini qatıb yumşaq xəmir yoğurun. Xəmiri formaya yayıb 200 Cdə 12 dəq bişirin.
2. Yumurta sarısını şəkərlə ağaranadək çalın. Sonra nişastanı əlavə edib qarışdırın. Sonda vanilin və xamanı qatıb qarışdırın. Bişmiş xəmirin üstünə isti-isti tökün və 170C-də 40-50 dəq ərzində üzü qızılı rəngə çalanadək bişirin.
Nuş olsun!
Etiketlər: şəkər, yumurta, qarışdırın, əlavə, bişirin, qatıb, çalın, vanilin, yayıb, formaya, Yumurta, yumşaq, vanilini, sarısını, xəmir, yoğurun, Xəmiri, Sonra, ərzində, tökün