• Ərik cemli rulet resepti

Reseptin məlumatları Baxış sayı: 30 185

Tarix : 23-11-2016, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 yumurta
75 qr şəkər kirşanı
75 qr özüqalxan un

İçlik üçün:
75 qr ərik jemi
125 ml soyuq qaymaq (yağlılığı 33%-dən yüksək)

Hazırlanması:
1. Soba 200C-dək qızdırılır. Ölçüsü 23 sm х 30 sm olan forma perqament kağızı ilə örtülür.
2. Yumurta və şəkər kirşanı ağaranadək çalınır.
3. Ələnmiş un əlavə edilir və ehtiyatla qarışdırılır. Xəmir formaya tökülür və 7-10 dəqiqə ərzində bişirilir.
4. Sobadan çıxarılır , perqament kağızından təmizlənir. Rulet nəm dəsmala burularaq bükülür və soyuması gözlənilir.
5. Sonra jem, onun üzərinə isə qaymaq yayılır . Rulet bükülür və soyuducuda soyudulur.

Nuş olsun!
Etiketlər: perqament, Rulet, qaymaq, bükülür, şəkər, kirşanı, təmizlənir, kağızından, çıxarılır, bişirilir, tökülür, dəqiqə, ərzində, Sobadan, burularaq, üzərinə, soyudulur, yayılır, Sonra, gözlənilir
BİZİ İZLƏYİN