• Çiyələkli kəsmikli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 20 324

Tarix : 10-12-2016, 22:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
2,5 st. un
2 ədəd yumurta
150 qr kərə yağı
1/3 st.süd
1 ç.q. qabartma tozu

Kəsmikli qat üçün:
400 qr kəsmik
1 ədəd yumurta
1 x.q. şəkər tozu

İçlik üçün:
400 qr çiyələk

Hazırlanması:
Xəmirin hazırlanması:
Yumurta şəkər tozu ilə mikserlə çırpılır. Üzərnə süd, qabartma tozu əlavə edilib qarışdırılır. Un ilə yumşaldılmış kərə yağı umac halına gətirilir. Hər iki qarışıq bir-birinə qarışdırılır.

Kəsmikli qatın hazırlanması:
Kəsmik, yumurta və şəkər tozu mikserlə qarışdırılır.
Xəmir yağlı kağız salınmış formaya yayılır, üzərinə ikiyə bölünümüş çiyələk düzülür.
Çiyələyin üzərinə kəsmikli qarışıq tökülüb yayılır.
Piroq 180 dərəcəyədək qızdırılmış sobada 40-45 dəq. bişirilir.

Nuş olsun!
Etiketlər: qarışdırılır, yumurta, şəkər, mikserlə, yayılır, üzərinə, hazırlanması, Xəmir, qarışıq, qabartma, çiyələk, Kəsmikli, düzülür, bölünümüş, ikiyə, formaya, Çiyələyin, tökülüb, sobada, bişirilir
BİZİ İZLƏYİN