• Mürəbbəli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 38 023

Tarix : 14-12-2016, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
kərə yağı 200 q
400 q un
200 q şəkər tozu
200 q mürəbbə
1 yumurta
½ çay qaşığı soda

Hazırlanması:
1 yumurtanı 200 q şəkər tozu ilə çalın. 200 q kərə yağını əridin, əlavə edin və qarışdırın. Yarım çay qaşığı soda, 400 q un əlavə edin, xəmir yoğurun. Xəmiri streç filmə bürüyün, 20 dəqiqə soyuducuda saxlayın. Xəmiri iki hissəyə bölün. Bir hissəsini sürtgəcdən keçirin, ikinci hissəsini yayın, kərə yağı ilə yağlanmış formanın və ya kağızın üzərində yerləşdirin. Üzərindən mürəbbə əlavə edin (qarağat mürəbbəsi ilə gözəl alınır). Sürtgəcdən keçirilmiş xəmiri üzərinə səpələyin, hamarlayın. Sobada 200°С temperaturda 30 dəqiqə tam hazır olana kimi bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, Xəmiri, şəkər, hissəsini, qaşığı, mürəbbə, gözəl, alınır, kağızın, mürəbbəsi, qarağat, üzərində, Sürtgəcdən, Üzərindən, yerləşdirin, xəmiri, temperaturda, hazır, olana
BİZİ İZLƏYİN