• Şokoladlı piroq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 68 819

Tarix : 12-08-2014, 20:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 st. un
3 x.q. kakao tozu
1 ç.q. soda
1 çimdik duz
1 st. şəkər tozu
1/4 st. yağ
1 st. su
0,5 x.q. vanil cövhəri
1 x.q. üzüm sirkəsi və ya limon şirəsi
0,5 ç.q. üyüdülmüş qəhvə

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın.

Perqamenti formanın içinə döşəyin, zeytun və ya kərə yağı çəkin, un səpin.

Un, kakao tozu və sodanı qarışdırın. Ayrı qabda şəkər tozu, yağ, su, sirkə və qəhvəni qarışdırın. Şəkər tozu tam əriyənədək çalın.
Hər iki kütləni birləşdirib eynicinsli alınanadək qarışdırın.

Xəmiri hazırladığınız formaya töküb 35-40 dəqiqə bişirin.

Tam soyudub doğrayın.

Üzərinə şokolad sousu və ya əridilmiş şokolad çəkə bilərsiniz.

Nuş olsun!
Şokoladlı piroq resepti - FOTO RESEPT

Şokoladlı piroq resepti - FOTO RESEPT

Şokoladlı piroq resepti - FOTO RESEPT

Şokoladlı piroq resepti - FOTO RESEPT

Etiketlər: qarışdırın, şəkər, kakao, şokolad, eynicinsli, alınanadək, Xəmiri, hazırladığınız, birləşdirib, çalın, Şəkər, əriyənədək, formaya, kütləni, dəqiqə, sousu, əridilmiş, bilərsiniz, olsun, Üzərinə
BİZİ İZLƏYİN