• Xəmirsiz cheescake resepti

Reseptin məlumatları Baxış sayı: 2814

Tarix : 16.12.2016, 22:00

Bölmə : Şirniyyatlar » Piroq və Kekslər

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Peçenye 1-2 stəkan
Xama 2 stəkan
Qaymaqlı pendir 500q
Şəkər tozu 1 stəkan
Kərə yağı 1 stəkan
Yumurta 3 ədəd
Vanilin 1 paket

Hazırlanması:
Peçenyanı toz halına gətirib, kərə yağını əridin. Alınan yağı və peçenyanı bir qaba yerləşdirib, yaxşıca qarışdırın. Bişirmə fotmasını yağlayıb, alınan peçenyanı formaya boşaldıb, səliqəli qat halına gətirin. Şəkər tozunu(1/2 stəkan) yumurta ilə calaraq, qaymaqlı pendiri əlavə edib, qarışdırın. Alınan kremi peçenya qatın üzərinə səliqəli şəkildə əlavə edin. Sobanızı 180 dərəcəyə qədər qızdırıb, alınan qatları 20 dəqiqə ərzində bişirin. Bişdikdən sonra, sonadan çıxardıb, soyumasını gözləyin. Bu zaman ərzində xama, vanilin və şəkər tozunu(1/2 stəkan) bir qabda yaxşıca qarışdırın. Daha sonra bişmiş qatın üzərinə səliqəli şəkildə əlavə edin. Yenidən 180 dərəcədə 10-15 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Etiketlər: stəkan, səliqəli, əlavə, ərzində, qarışdırın, bişirin, alınan, üzərinə, Şəkər, dəqiqə, qatın, şəkildə, tozunu, yaxşıca, sonra, halına, Alınan, peçenyanı, qədər, qızdırıb
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica