• Badamlı - gilə meyvəli keks resepti

Reseptin məlumatları Baxış sayı: 12 243

Tarix : 26-08-2017, 22:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
3 yumurta
1,5 stəkan un
3/4 stəkan şəkər tozu
130q kərə yağı
1 stəkan badam
1 paket vanilin
1 paket qabartma tozu
1 stəkan istənilən növ gilə meyvə
limon sedrası
Şəkər pudrası

Hazırlanması:
Yumuşaq kərə yağı, şəkər tozu və limon sedrasını mikserlə yaxşıca qarışdırın. Yumurtaları bir - bir əlavə edərək, yenidən mikserlə çalın. Un, qabartma tozu və vanilini əlavə edib, yaxşıca qarışdırın. Badamı blenderdən keçirib, xəmirə əlavə edin. Alınan qarışımı yavaşca qarışdırın. Öncədən yağlanmış keks üçün formalara xəmiri boşaldın. Sobanızı 180 dərəcəyə qədər qızdırıb, 30 - 35 dəqiqə bişirin. Hazır kekslərin üzərinə şəkər pudrasını ələkdən keçirin.

Nuş olsun!
Etiketlər: stəkan, əlavə, qarışdırın, şəkər, mikserlə, limon, yaxşıca, paket, qabartma, dərəcəyə, Sobanızı, formalara, Öncədən, yavaşca, yağlanmış, qədər, xəmiri, boşaldın, dəqiqə, pudrasını
BİZİ İZLƏYİN