• Linzer piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 11 303

Tarix : 17-12-2016, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Un 250q
Kərə yağı(soyuq) 120q
Qovurulmuş fındıq 100q
Şəkər pudrası 200q
Yumurta 2 ədəd
1 yumurta sarısı
Vanilin 1 paket
Darçın 1/2 x.q.
Qabartma tozu 1/2 x.q.
Zövqünüzə uyğun cem 250q

Hazırlanması:
Fındığı blenderdən keçirin. Bütün quru ərzaqları, eləcə də yağı bir qaba yerləşdirib,
mikser ilə 2-3 dəqiqə qarışdırın. Daha sonra yumurtaları əlavə edib, xəmiri əliniz ilə yoğurun. Hazır xəmiri yarım saat soyuducuda saxlayın. Xəmirin 1/3 hissəsini kəsib, piroqun 'zolağlarını' düzəltmək üçün qalın xəttlər kəsin. Qalan xəmiri, piroqu bişirəcəyiniz formanın diametrinə görə yayın. Yayılmış xəmirin üzərinə cemi əlavə edin. Kəsdiyiniz xəttləri piroqun üzərinə 'zolaqlar' şəkilində yerləşdirin. Yumurtanın sarısını fırça ilə zolaqlar üzərinə yayın. Sobanızı 220 dərəcəyə qədər qızdırıb, piroqunuzu 30 dəqiqə ərzində bişirin.

Nuş olsun!
Etiketlər: xəmiri, üzərinə, dəqiqə, əlavə, yayın, piroqun, piroqu, bişirəcəyiniz, diametrinə, formanın, Qalan, düzəltmək, qalın, xəttlər, Yayılmış, kəsin, bişirin, xəmirin, Sobanızı
BİZİ İZLƏYİN