• Darçınlı-armudlu tart resepti

Reseptin məlumatları Baxış sayı: 12 450

Tarix : 2-11-2017, 22:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Kərə yağı - 150 q
Un - 200 q
Şəkər tozu - 30 q
Yumurta - 1 ədəd
Su - 1 x/q
Armurd - 5-6 ədəd
Darçın - 2 x/q

Hazırlanması:
100 q yumşaq kərə yağını dördkünc formalarda doğrayıb, bir qaba yerləşdirin. Un və şəkər tozunu əlavə edib, yaxşıca qarışdırın.
Yumurtanı yavaşça çalıb, su ilə qarışdırın. Alınan mayeni yağ və un olan qaba əlavə edib, mikserlə qarışdırmağa davam edin. Alınan xəmiri yaxşıca yoğurub, 30 dəqiqə ərzində isti yerdə saxlayın. Hazır xəmiri öncədən yağlanmış tart formasına 3-5 mm qalınlığında yayaraq səliqəli şəkilə salın. Sonra armudu nazik 'yarpaq' şəkilində doğrayıb, xəmirin üzərinə düzməyə başlayın. Qalan 50 q kərə yağını xırda hissələrə doğrayıb, armudların üzərinə qoyun və tartın üzərinə darçını səpin. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada 25-30 dəqiqə ərzində tartınızı bişirin.

Nuş olsun!
Etiketlər: doğrayıb, üzərinə, qarışdırın, yaxşıca, əlavə, dəqiqə, yağını, Alınan, xəmiri, ərzində, düzməyə, şəkilində, Sonra, salın, şəkilə, armudu, nazik, başlayın, xəmirin
BİZİ İZLƏYİN