• Şokoladlı flan resepti

Reseptin məlumatları Baxış sayı: 13 488

Tarix : 10-11-2017, 22:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Tünd şokolad 200q
Kərə yağı 100q
Şəkər tozu 80q
2 yumurtanın ağı
3 yumurtanın sarısı
Un 2 x.q.

Hazırlanması:
Şokolad və soyuq kərə yağını kiçik hissələrə doğrayıb, istiyə dayanıqlı bir kasaya qoyun. Balaca qazanda su qaynadın, və kasanı qazanın üstünə yerləşdirin. Kasa qaynayan suya dəyməməlidir. Kasadakı ərzaqları qarışdıra qarışdıra əridin. Yumurtaların sarısını və ağını şəkər tozu ilə birləşdirib, mikserin vasitəsi ilə 2-3 dəqiqə ərzində çalın. Əridilmış şokolad və yağı yumurtalı qarışıma əlavə edib, qarışımı yenidən 2-3 dəqiqə ərzində çalın. Alınan qarışıma unu əlavə edin. Bütün qarışımı sonuncu dəfə 2-3 dəqiqə ərzində çalın. Öncədən yağlanmış keks üçün formaların 3/4 hissəsinə xəmirinizi boşaldın. Sobanızı 200 dərəcəyə qədər isidib, 10 dəqiqə ərzində flanlarınızı bişirin. Zövqunüzə görə flanların üzərinə şəkər pudrasını səpə bilərsiniz.

Nuş olsun!
Etiketlər: ərzində, dəqiqə, çalın, əlavə, qarışımı, qarışdıra, qarışıma, yumurtanın, şəkər, şokolad, sonuncu, Öncədən, Bütün, Alınan, yumurtalı, yenidən, Əridilmış, formaların, Zövqunüzə, bişirin
BİZİ İZLƏYİN