• Şokoladlı Madlen keksləri resepti

Reseptin məlumatları Baxış sayı: 11 560

Tarix : 22-12-2016, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Kərə yağı 1/2 stk.
Yumurta 3 ədəd
Şəkər tozu 1/2 stk.
Un 115q
Kakao 3 x.q.
Qabartma tozu 1/2 ç.q.
Vanilin şəkəri 1 ç.q.
İçlik üçün: Şokolad 60q
Qaymaq (30-33% yağlı) 60 ml

Hazırlanması:
Yumurtaları şəkər tozu ilə birləşdirib, mikers vasitəsi ilə yüksək sürətdə 3-5 dəqiqə ərzində çalmağa başlayın. Un, qabartma tozu və kakaonu birləşdirib, yavaşca qarışdırın. Yumurtalı qarışımı kakaolu qarışım ilə birləşdirin. Əridilmiş kərə yağını birləşdirdiyiniz qarışıma(yumurtalı və kakaolu) əlavə edin. Kütləni mikser vasitəsi ilə aşağı sürətdə 2-3 dəqiqə ərzində çalmağa davam edin.
İçlik üçün krem hazırlayaq. Şokoladı kvadrat hissələrı ayırıb, qaynar qaymağən içinə qoyub, yaxşıca qarışdırın. " Madlen" keksləri üçün formaları yağlayın. Formaya 1 x.q. xəmir yerləşdirin. Daha sonra xəmirin üzərinə 1 ç.q. hazırladığınız şokoladlı kremi yerləşdirin. Kremin üzərinə yenidən 1 x.q. xəmiri yerləşdirin. Sobanızı 200 dərəcəyə qədər isidib, " Madlen" kekslərinizi 10-12 dəqiqə ərzində bişirə bilərsiniz. Hazır keksərin üzərinə şokoladlı kremin qalan hissəsi ilə bəzək verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: dəqiqə, yerləşdirin, üzərinə, ərzində, sürətdə, çalmağa, kakaolu, vasitəsi, birləşdirib, bilərsiniz, qarışdırın, şokoladlı, İçlik, Madlen, hazırladığınız, xəmirin, sonra, Formaya, içinə, qaymağən
BİZİ İZLƏYİN