• Gilaslı tart resepti

Reseptin məlumatları Baxış sayı: 5737

Tarix : 22.09.2017, 18:00

Bölmə : Piroq və Kekslər, Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Kərə yağı 150q
Un 1,5 stk.
Şəkər tozu 1/3 stk.
Yumurta 1 ədəd
Krem şanti (marketlərdə əldə etmək olar) 2 stk.

Hazırlanması:
Gilas 2 stk. Tart üçün xəmiri hazırlamaq üçün ilk öncə kərə yağı, şəkər tozu və yumurtanı birləşdirib, mikserin vasitəsi ilə bu qarışımı çalmağa başlayın. Qarışım krem halına gələnə kimi çalmağa davam edin. Alınan qarışıma un əlavə edib, əlinizlə xəmirinizi yoğurmağa başlayın. Alınan xəmiri 5-7 mm qalınlığında yayıb, tart üçün bişirmə formasına ehmalca yerləşdiririk. Xəmirin üzərində çəngəlin vasitəsi ilə deşiklər edirik. Sobanı 200 dərəcəyə qədər isidib, tart üçün xəmiri 25-30 dəqiqə ərzində bişiririk.
Bişmiş tart xəmiri soyuyandan sonra, üzərinə krem şantini boşaldırıq. Qeyd: krem şanti tapılmasında çətinlik olarsa, 30-33% yağlı qaymağı 1 stəkan şəkər pudrası ilə 8-10 dəqiqə çalıb, ev şəraitində bu kremi hazırlaya bilərsiniz. Gilası tumundan ehmalca ayırın. Səqiləqi şəkildə tumsuz gilasları kremli qatın üzərinə düzün. Gilaslı tartımız hazırdı!

Nuş olsun!

Etiketlər: xəmiri, çalmağa, vasitəsi, başlayın, ehmalca, dəqiqə, üzərinə, şəkər, Alınan, şanti, olarsa, çətinlik, tartımız, yağlı, stəkan, qaymağı, tapılmasında, şantini, bişiririk, hazırdı
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica