• Kəsmikli - qaymaqlı tartalet resepti

Reseptin məlumatları Baxış sayı: 12 906

Tarix : 23-12-2016, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Kərə yağı 200q
Un 2 stk.
Şəkər tozu 1/2 stk.
Yumurta 2 ədəd
Zövqə görə meyvə/giləmeyvə
Kəsmikli krem üçün :
Kəsmik 400q
Qaymaq (30 - 33% yağlı) 1,5 stk.
Şəkər pudrası 5 x.q.

Hazırlanması:
İlk öncə kərə yağı, şəkər tozu və yumurtanı bir qaba tökün. Mikser vasitəsi ilə bu qarışımı çalmağa başlayın. Qarışım krem halına gələnə kimi çalmağa davam edin. Alınan qarışıma un elavə edib, əlinizlə xəmirinizi yoğurmağa başlayın. Xəmirinizi yaxşıca yoğurduqdan sonra, onu "top" formasına gətirib 1 saatlıq soyuducuya qoyun. Bərkimiş xəmiri oxlov ilə 3-4 ml qalınlığında yaymağa başlayın. Tartaletlər üçün formaların həcminə uyğun yayılan xəmirinizi hissələrə bölün. Hər bir hissəni formaya yerləşdirib, tartaletlərə forma verin. Sobaznızı 200 dərəcəyə qədər isidib, tartaletləri 20-30 dəqiqə ərzində bişirin.
Kəsmikli kremi hazırlamaq üçün kəsmik, qaymaq və şəkər pudrasını birləşdirib, mikser vasitəsi ilə 3-5 dəqiqə ərzində yaxşıca çalın. Hazır kremi 1 saat soyuducuda saxlayın. Soyumuş kremi bişmiş tartaletlərin içinə ehmalca yerləşdirin. Meyvələri nazik dilimlərə doğrayın. Hər bir tartaletin kremli üzərinə zövqünüzə görə meyvə/giləmeyvə yerləşdirə bilərsiniz.

Nuş olsun!
Etiketlər: başlayın, kremi, çalmağa, yaxşıca, şəkər, dəqiqə, xəmirinizi, ərzində, Şəkər, vasitəsi, giləmeyvə, Kəsmikli, meyvə, qaymaq, kəsmik, hazırlamaq, pudrasını, yerləşdirib, mikser, birləşdirib
BİZİ İZLƏYİN