• Şokoladlı tart resepti

Reseptin məlumatları Baxış sayı: 12 109

Tarix : 24-12-2016, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Xəmir üçün:
Kərə yağı 150q
Un 1,5 stk.
Şəkər tozu 1/3 stk.
Yumurta 1 ədəd

İçlik üçün:
Kərə yağı 100q
Tünd şokolad 250q
Qaymaq (30-33% yağlı) 1 stk.
Bəyaz şokolad 100q

Hazırlanması:
Tart üçün xəmiri hazırlamaq üçün ilk öncə kərə yağı, şəkər tozu və yumurtanı birləşdirib, mikserin vasitəsi ilə bu qarışımı çalmağa başlayın. Qarışım krem halına gələnə kimi çalmağa davam edin. Alınan qarışıma un əlavə edib, əlinizlə xəmirinizi yoğurmağa başlayın.
Alınan xəmiri 1 saat soyuducuda saxlayın. Daha sonra soyumuş xəmiri 5-7 mm qalınlığında yayıb, tart üçün bişirmə formasına ehmalca yerləşdiririk. Xəmirin üzərində çəngəlin vasitəsi ilə deşiklər edirik.
Xəmirin sobada bişən zamanı qalxıb - şişməməsi üçün, onun üzərinə müəyyən bir yük yerləşdirmək gərəkdir. Burada yük rolunda lobya, düyü, bulqur və s. kimi ərzaqları istifadə etmək olar. Bundan sonra sobanı 200 dərəcəyə qədər isidib, tart üçün xəmiri 25-30 dəqiqə ərzində bişiririk.
Şokoladlı içliyi hazırlamaq üçün kərə yağını və qaymağı bir qazana yerləşdirib, kiçik alovda isidin. Kərə yağı qaymağın içində tam həll olandan sonra, qazanın altını söndürə bilərsiniz.
Tünd şokoladı əlinizlə kiçik hissələrə sındırın. İsinmiş yağlı-qaymaqlı kütəyə şokolad hissəciklərini əlavə edib, şokolad qaymaqda tam həll olunana kimi qarışdırmağa davam edin. Tart üçün içlik hazırdır.
Hazırladığımız şokoladlı içliyi isti halda bişirdiyimiz tart xəmirinə səliqəli şəkildə süzürük. İçliklə dolmuş tartı bir neçə saatlıq soyuducuya qoyuruq.
Bəyaz şokoladı əritmək üçün ayrıca bir qazanda su qaynadən. Bəyaz şokoladı əlləriniz ilə qırıb bir qaba yerləşdirin. Həmin qabı, suyu qaynatdığınız qazanın üzərinə yerləşdirin (qaynayan suya dəyməmək şərti ilə).Qabdakı şokoladı qarışdıra qarışdıra əritməyə başlayın. Ərimiş şokoladı isti halda zövqünüzə görə istədiyiniz şəkildə tartın üzərinə süzə bilərsiniz. Şokoladlı tartımız hazırdır!

Nuş olsun!
Etiketlər: şokoladı, şokolad, xəmiri, başlayın, üzərinə, Bəyaz, sonra, şəkildə, halda, davam, bilərsiniz, əlavə, əlinizlə, Xəmirin, hazırdır, yerləşdirin, kiçik, Alınan, Şokoladlı, hazırlamaq
BİZİ İZLƏYİN