• Kokos içlikli maffinlər resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 502

Tarix : 24-12-2016, 20:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Xəmir üçün:
Kərə yağı 150q
Şəkər tozu 1,5 stəkan
Süd 1 stəkan
Yumurta 3 ədəd
Un 1,5 stəkan
Kakao tozu 3 x.q.
Qabartma tozu 10q

İçlik üçün:
Yumurta ağı 2 ədəd
Kokos qırıntısı 1,5 stəkan
Şəkər pudrası 1 stəkan

Hazırlanması:
İlk öncə kokoslu içliyi hazırlayaq. Bunun üçün yumurtaların ağı, şəkər pudrası və kokos qırıntıları bir qabda yaxşıca qarışdırılır. Alınan kütlədən kiçik toplar formalaşdırmaq lazımdır. Bu toplar maffinlərin içliyi olacaq. Xəmiri hazırlamaq üçün yumurtaları şəkər tozu ilə birləşdirib, mikser vasitəsi ilə yüksək sürətdə 2-3 dəqiqə ərzində çalmağa başlayın. Daha sonra bu qarışıma süd və əridilmiş kərə yağını əlavə edib, kütləni mikser vasitəsi ilə yenidən çalın.
Un, qabartma tozu və kakaonu birləşdirib, yavaşca qarışdırın. Bu kakaolu qarışımı çaldığınız yumurtalı qarışım ilə birləşdirin. Kütləni mikser vasitəsi ilə aşağı sürətdə 2-3 dəqiqə ərzində çalmağa davam edin. Xəmir hazırdır.
Maffinlər üçün bişirmə qabının dibinə 1-2 x.q. qaşığı hazırladığınız xəmiri yerləşdirin. Daha sonra xəmirin üzərinə 1 kokoslu topu yerləşdirin.
Son olaraq xəmiri maffin qablarına tam boşaldın. Xəmir kokoslu topu tamamilə örtməlidir.
Maffinlər 180-200 dərəcəyə qədər isidilmiş sobada 30 dəqiqə ərzində hazır olur.

Kokos içlikli maffinlər resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: stəkan, kokoslu, vasitəsi, dəqiqə, mikser, ərzində, Xəmir, yerləşdirin, birləşdirib, xəmiri, toplar, Maffinlər, şəkər, sürətdə, çalmağa, sonra, Şəkər, pudrası, Yumurta, içliyi
BİZİ İZLƏYİN