• Çox ləzzətli və yüngül portağallı keks resepti

Reseptin məlumatları Baxış sayı: 18 913

Tarix : 24-12-2016, 21:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Xəmir üçün:
Yumurta 3 ədəd
Şəkər tozu 1,5 stəkan
Kərə yağı 100q
Portağal(iri) 2 ədəd
Vanilin şəkəri 10q(1 paket)
Un 2,5 stəkan
Qabartma tozu 10q(1 paket)

Qlazur üçün:
Şokolad 200q
Qaymaq(33% yağlı) 0,5 stəkan

Hazırlanması:
Yumurtalar, şəkər tozu və vanilin şəkəri ilə mikser vasitəsi ilə yüksək sürətdə çalınır. Kərə yağı əridilir və soyumuş halda yumurtalı kütləyə əlavə olunur. Daha sonra portağalların suyu və sedrası əlavə olunur, kütlə yenidən çalınır. Un və qabartma tozunu birləşdirilib, kütləyə əlavə olunur. Xəmir sonuncu dəfə qarışdırılır. Keks üçün bişirmə qabının dibi yağlanır və xəmir qaba boşaldırılır. Keks 200 dərəcəyə qədər isidilmiş sobada 30 dəqiqə ərzində hazır olur.
Qlazuru hazırlamaq üçün kiçik alovda qaymaq isidilir, və içinə dilimlənmiş şokolad əlavə olunur. Şokolad qaymaqda tam həll olunana kimi kütlə qarışdırılır. Hazır qlazur soyumuş keksin üzərinə süzülür.

Nuş olsun!
Etiketlər: olunur, əlavə, stəkan, Xəmir, kütlə, çalınır, kütləyə, soyumuş, Şokolad, qarışdırılır, paket, şəkəri, hazır, ərzində, yağlanır, xəmir, dəqiqə, dərəcəyə, isidilmiş, sobada
BİZİ İZLƏYİN